Siniflərdə həkim nəzarəti

   Məktəbimizidə Mafilə həkimin və tibb bacısı Zavta xanımın təşkilatçılığı ilə siniflərdə yoxlamalar davam edir. Mafilə xanım müxtəlif siniflərdə söhbətlər apararaq qeyd edib ki, virus "donuz qripi" adlansa da, əslində müxtəlif H1N1 viruslarının qarışığından yaranıb. Bu viruslara həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Adi öskürək və asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontaktla xəstəlik asanlıqla yayıla bilir.

  “Donuz qripi"nə qarşı hələlik heç bir peyvənd yoxdur. İndi Dünya Sağlamlıq Təşkilatı bu peyvəndi hazırlamaqla məşğuldur. Amma qriplə bağlı önəmli bir xəbər də ondan ibarətdir ki, quş qripinə qarşı təsirli olan Tamiflu və Relenza kimi dərmanlar donuz qripinə yoluxanlara da müsbət təsir edir. Vaxtında müalicəyə başlayanda  xəstəni sağaltmaq mümkündür.

Həkim mövzu ilə bağlı şagirdlərin müxtəlif suallarını cavablandırıb.

 

 

 

 

                                                                                                                                      r

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi