Təhlükəsiz internetdən istifadə edək

   Beynəlxalq Təhlükəsiz İnternet Günü (“International Safer Internet Day”) hər il fevralın ikinci həftəsinin ikinci günü qeyd edilir. 2019-cu ildə “Birlikdə daha yaxşı internet naminə” şüarı ilə qeyd olunan Beynəlxalq Təhlükəsiz İnternet Günü fevralın 5-nə təsadüf edir.

  Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü Azərbaycan da daxil olmaqla 140-dan çox ölkədə qeyd olunur. Həmin günün məqsədi dünyada uşaq və yeniyetmələr arasında onlayn-texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.

   Beynəlxalq Təhkükəsiz İnternet Gününə diqqət və qayğı məktəbimizin idarə heyətindən də yan keçməyib. Belə ki, məktəbimizdə informatika dərsini tədris edən Gülnarə müəllimin təşkilatçılığı ilə 6 “E” sinfində diskussiya keçirilib. Diskussiyada şagirdlər internet, internetin yaranma tarixi, internetdən düzgün istifadə etmək qaydaları ətrafinda söhbətlər aparıblar. Qeyd ediblər ki, internet müxtəlif qurğuları birləşdirən qarşılıqlı bağlanmış komputer şəbəkələrinin qlobal sistemidir Azərbaycanda İnternet 1993-cü ildən inkişaf etməyə başlamışdır. İnternet istifadəçilərin "məlumatın saxlanması, paylaşması və rahat əldə olunması" istəkləri nəticəsində yaranmış bir texnologiyadır. Bu texnologiyanın köməyi ilə insanlar məlumatları rahat şəkildə əldə edə bilirlər. İnterneti bir məlumat dənizinə, yaxud çox böyük kitabxanaya bənzədə bilərik.

  Şagirdlər hazırladıqları slaydlar vasitəsilə internetdən düzgün istifadə qaydalarını məlumatı az olan şagirdlərə aşılayıblar.

  Diskussiya direktor A. Südabə müəllim və  pedaqoji heyət təfindən izlənilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi