Riyaziyyat gecəsi

   "Elmlərin şahı" adlandırılan riyaziyyat bu gün məktəbimizin akt zalında geniş şəkildə təbliğ olunub. Belə ki, məktəbimizdə riyaziyyat dərsini tədris edən Nazəndə müəllimin təşkilatçılığı ilə keçirilən  gecədə fiqurların, rəqəmlərin, fənlərin səhnəciyi təqdim olunub. Xüsusi geyimlərdə şagirdlər rəqəmlərin dilində danışaraq riyazi qaydaları yaradıcı üsullarla ifadə ediblər. Rəqəmlər şagirdlərin obrazında canlanaraq hərəsi öz özəlliyindən danışıb.

  İlk dəfə olaraq riyaziyyat gecəsində sofizm üsulundan istifadə edildi. Hər kəsin haqlı olduğunu sərgiləmək və söz çəkişməsində rəqibini dolaşdırmaq üçün yürüdülən mürəkkəb mülahizələr, cümlələr və dolaşıq fikirlər olan sofizm üsulu şagirdlər tərəfindən layiqincə yerinə yetirilib.

  "Qeyri-səlis" məntiq nəzəriyyəsinin banisi olan Lütfi Zadənin doğum gününə həsr  olunan gecə direktor Südabə Abdullayeva, pedaqoji heyət və şagirdlər tərəfindən maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi