Uşaq Birliyi Təşkilatı rəhbərinin hesabat tədbiri

    Bu gün məktəbimizdə fəaliyyət göstərən Uşaq Birliyi Təşkilatı rəhbərinin hesabat tədbiri keçirilib. UBTR  S. Afaq müəllimin təşkil etdiyi tədbirdə direktor S. Abdullayeva, direktor müavini R. Əbilova və psixoloq R. Xidirova  iştirak ediblər.

  Tədbiri məktəbin Uşaq Birliyi Təşkilatı rəhbəri  öz məruzəsi ilə açıq elan edərək bildirib  ki, UBTR 1992-ci il fevral ayının 1-də Azərbaycan Respublikasının Təhsil nazirinin əmrini əsas tutaraq şagirdlərin bilik və bacarıqlarının artırılması, intellektual səviyyəsinin yüksəldilməsi, ictimai fəallığının artırılması, vətən, xeyirxahlıq, ədalət uğrunda mübarizə aparılması işinin yüksəldilməsini məktəbdə tətbiq edilməsinə nail olub.

Afaq müəllim öz çıxışını slaydlar və videoçarxlar vasitəsilə əsaslandırıb. Qeyd edib ki, fəaliyyəti dövründə bir çox müsabiqələrin, tədbirlərin təşkilatçılığında yaxından iştirak etmiş, xüsusi günlərə aid posterlərin hazırlanmasında fəallıq göstərmişdir.

  Tədbirin sonunda mükafatlandırma mərasimi həyata keçirilib. Belə ki, məktəbin təbirilərində fəal iştitak etmiş bir qrup şagird məktəb rəhbərliyi tərəfindən mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi