Pedaqoji şura

   Məktəbimizdə növbəti dəfə pedaqoji şura keçirlib. Direktor A. Südabə müəllimin rəhbərliyi və pedaqoji heyətin iştirakı ilə keçırilən padaqoji şurada mühüm məsələlərə toxunulub.Böyük summativlərin qiymətləri əsasında göstəricilər üzrə hazırlanmış diaqramlarla siniflərin səviyyəsi müqayisə olunub. Zəif siniflərin göstəricilərinin yüksəldilməsi üçün müxtəlif təkliflər irəli sürülüb.

   Məktəbimizin Gənclərin çağırışaqədərki hazırlığı müəllimi Habil Qarayevin 65 yaşı tamam olması münasibətilə direktor bütün kollektiv adından onu təbrik edib: "Habil müəllim məktəbin ictimai həyatında daim rəhbərliyin yanındadır və öz dəstəyini hər zaman əsirgəmir".

  "Əsrin Ziyalıları" Xeyriyyə İctimai Birliyinin üzvü Bilqeyis müəllim həmin cəmiyyətin adından Təhsilin inkişafı sahəsində gənc nəslin təlim-tərbiyə, bilik və bacarıqlarının artırılmasına, xalqımıza layiqli vətəndaşların yetişdirilməsində öz əməyini əsirgəmədiyinə görə direktorumuz Südabə Abdulayevaya "Fəxri Fərman" təqdim edib. Sonda "2 Fevral Gənclər günü" ilə əlaqədar məktəbin ictimai həyatında aktiv olduqları üçün bir qrup gənc müəllimlər məktəbin direktoru tərəfindən "Təşəkkürnamə" ilə təltif ediliblər. Bunlar ibtidai sinif müəllimləri M. Kərimli,  K. İskəndərli, ədəbiyyat müəllimləri L. Şirinova, K. Rəhimli,  idman müəllimləri N. Heydərli, N. Hüseynova idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi