Naxçıvanskinin 200 illik yubleyi

   Məktəbimizdə tarix dərsini tədris edən M. Ofelya müəllimin təşkilatçılığı ilə 8 “A” sinfində hərbi xadim, tam süvari qoşunu generalı İsmayıl xan Naxçıvanskinin 200 illik yubleyinə həsr olunmuş dərs keçirilib. Ofelya müəllim dərsdə İsmayıl xan Naxçıvanskinin həyatı, fəaliyyəti haqqında geniş məlumat verib. Qeyd edibi ki, uzun müddət Qafqaz Əlahiddə ordusunda xidmət edən Naxçıvanskiyə 1844-cü ildə ştabs-kapitan, 1860 –cı ildə isə alay komandiri kimi polkovnik rütbəsi verilmişdir. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsində göstərdiyi sərkərdəlik fəaliyyətinə görə  isə o, general-mayor rütbəsinə layiq görülmüşdür. Ordudan tam süvari qoşunu generalı rütbəsi ilə tərxis olunan Naxçıvanski vətənində abadlıq işləri ilə məşğul olmuş, Naxçıvana su çəkdirmiş, kəhrizlər qazdırmış və texniki abidə kimi bu günədək qorunan günbəzli hamam tikdirmişdir.

  Dərs şagirdlərin məlumatlılıq səviyyəsini artırmağa xidmət edib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi