Gömrük İşçilərinin Peşə Bayramı Günü

    Gömrük dövlət xəzinəsini gəlirlə təmin edən ən mühüm atributlardan biridir. Gömrük sisteminin elmi-hüquqi əsaslarla təşkili ilk dəfə AXC-nin  dövründə olmuşdur.

Gömrük işçilərinin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş və Azərbaycan Respublikasının  unudulmaz  şəxsiyyəti Heydər Əliyevin sərəncamı ilə 29 Yanvar Gömrük İşçilərinin Peşə Bayramı Günü elan olunmuşdur.

 Gömrük işçilərinə diqqət, qayğı məktəbimizin idarə heyəti tərəfindən də yan keçməyib. Belə ki, Azərbaycan dili və ədəbiyyat dərsini tədris edən İ. Sədaqət müəllimin 6 “D” sinfində keçdiyi dərs gömrük işçilərinin peşə bayramı gününə həsr olunub. Sədaqət müəllim əvvəlcə gömrük haqqında geniş məlumat verib. Daha sonra dərsdə şagirdlərlə mövzuya dair  diskussiya aparılıb. Şagirdlər tərəfindən hazırlanan gömrük işçilərinin peşə bayramı gününə həsr olunmuş divar qəzeti təqdim olunub. 

Bu kimi dərslərin maarifləndirici mövqeyi şagirdlərin yaddaşında silinməz izlər buraxacağı danılmaz həqiqətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi