Nümunəvi dərs

   Məktəbimizdə riyaziyyat dərsini tədris edən İsmayılova Məryəm müəllim 6 “Ç” sinfində “Nümunəvi dərs” keçirib. “Tam ədədlər çoxluğunda əməllər sırası” mövzusuna həsr olunmuş dərsi direktor A. Südabə müəllim və bir neçə nəfər pedaqoji heyət izləyib. Kollektiv və qruplarla iş şəklində həyata keçirilən dərsdə iş üsulu müzakirə və beyin həmləsi idi. Şagirdlərə “Verilən tapşırıqların alqaritmini qurun” göstərişi verilib. Şagirdlər tapşırığı müvəffəqiyyətlə yerinə yetiriblər. Yazı lövhəsində mövzuya dair müxtəlif misallar həll edilib. Səviyyələrə uyğun qiymətləndirmə həyata keçirilib. Dərs olduqca maraqlı və yaddaqalan olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi