Zoologiya müzeyinə ekskursiya

   Məktəbimizdə kimya-biologiya dərsini tədris edən Təranə müəllimin təşkilatçılığı ilə 5 “D” və 6”E” sinif şagirdlərinin Zoologiya müzeyinə ekskursiyası təşkil edilib. Şagirdlərimizin dünyagörüşünün formalaşması, məlumatlılıq səviyyəsinin artması məqsədinə xidmət edən ekskursiyada şagirdlər Zoologiya müzeyi ilə yaxından tanış olublar. Onlar burada Azərbaycan ərazisində yaşayan onurğasızlar, balıqlar, suda, quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilərin eksponatlarını görüblər. Həmçinin fiksəedici mayelərdə qurudulmuş və ya preparat halında saxlanılan heyvanlar, bunların müqəvvaları, skeletləri, dəriləri, eləcə də buynuz, sümük və çanaqdan düzəldilən məmulatlar şagirdlərdə  geniş maraq doğurub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi