20 yanvar şəhidlərini ziyarət

  Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə ölkəmizin tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil oldu.  Bu uğurda dünyasını dəyişən şəhidlərimizi xatırlamaq, onların qəbirlərini ziyarət etmək hər birimizin vətəndaşlıq borcudur. Bu məqsədlə 6 “C” və 6 “Ç” sinif şagirdlərinin iştirakı ilə Şəhidlər xiyabanına ziyarət təşkil edildi. Bu ziyarətə məktəbimizin müəllimlərindən Məlahət  və Məryəm müəllim rəhbərlik etdilər. Şagirdlər xüsusilə 1990-cı il 20 Yanvar tarixində faciəli şəkildə dünyasını dəyişən şəhidlərimizin qəbirlərini ziyarət etdilər. Onların qəbirləri qərənfillərlə bəzədildi. Vətənpərvər şagirdlərimiz şəhidlərimizin məzarı önündə onların şəninə, əzminə, mubariz ruhuna həsr edilmiş şeirlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi