Rəşid Behbudov gecəsi

   Dahi şəxsiyyətlərimizi xatırlamaq, onların yaradıcılıq nümunələrini gənc nəslə çatdırmaq, sevdirmək hər birimizin borcudur.Bu məqsədlə məktəbimizin akt zalında unudulmaz sənətkar Rəşid Behbudovun həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirildi. Tədbirin təşkilatçılığını Bayramova İradə müəllim  etdi. Tədbirdə aparıcılar müğənninin həyatı və yaradıcılığı haqqında məlumat verdilər. Rol aldığı filmlər haqqında danışdılar. 1955-ci ildə çəkilmiş “Bəxtiyar” filmi, filmin mövzusu, mahnıları geniş müzakirə obyektinə çevrildi. Daha sonra tədbirdə müğənninin öz ifasında mahnılar dinlənildi. 5-ci sinif şagirdi Zəhranın səsləndirdiyi “Sevgi valsı” mahnısının sədaları altında rəqs nümayiş edildi. Həmçinin şagirdlərimiz müğənninin ifa etdiyi “Lalələr” mahnısının sədaları altında xüsusi geyimdə, gözəl bir şəkildə rəqs etdilər. 5-ci sinif şagirdlərinin müşayiəti ilə xor oxundu.

  Tədbiri direktor Abdullayeva Südabə müəllim və pedaqoji heyət izlədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi