Narkomaniya əleyhinə tədbir

   Məktəbimizdə Bakı şəhər Baş Polis idarəsinin 33-cü polis bölmə rəisi polkovnik leytenat Tuncay Abbasov, rəis müavini polis mayoru Elçin Rəhimov və polis bölməsinin əməkdaşları ilə şagird  kollektivinin  görüşü keçirildi. Görüşdə dini radikalizm, erkən nikah, tütün və s. bu kimi mövzular ətrafında  maarifləndirici söhbətlər aparıldı. Şagirdlərin nəzərinə çatdırıldı ki, narkomaniyanın törətdiyi dəhşətli fəsadlar əsrin bəlasına çevrilib. Bu "Ağ ölüm"ə yoluxanların  sayı dünyada durmadan artır və hazırda 250 milyon nəfərdir. İnsanları ölümün  ağuşuna atan, genofonda sarsıdıcı  zərbələr  endirən  bu sağalmaz xəstəlik  bizim dövlətdən də yan keçməyib. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidentinin  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair  2013 – 2018 –ci illər üçün Dövlət Proqramı” nın təsdiq edilməsi barədə imzaladığı sərəncamı  insanları sağalmaz xəstəliyə düçar edən bu dəhşətli bəlaya  qarşı mübarizə sahəsində  atılmış ən xeyirxah addım kimi dəyərləndirmək gərəkdir. Qeyd edildi ki, bu xəstəliyə düçar olanların yaşama müddəti 30 ildən çox deyil. Narkomaniya, dini radikalizm, erkən nikah, tütün insanları məhvə aparan yoldur. Şagirdlər bu kimi pis vərdişlərdən yayınmalı, elmə, təhsilə yönəlməlidirlər.

  Tədbiri direktor S. Abdullayeva və pedaqoli heyət izlədi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi