Mübariz İbrahimovun xatirəsinə...

 

  Bu gün məktəbimizdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbimizdə tarix dərsini tədris edən Aygün müəllim açdı. Aygün müəllim əvvəlcə müstəqil Azərbaycanın tarixindən, keşməkeşli həyat yolundan söhbət açdı. Daha sonra o, vətən uğrunda dünyasını dəyişən, şəhidlik zirvəsinə ucalan oğullarımızdan danışdı. Qeyd etdi ki, onlardan biri də Mübariz İbrahimovdur. Tədbirdə milli qəhrəmanın keçdiyi həyat yolu videoçarx əsasında göstərildikdən sonra şagirdlər onun şəninə həsr olunan şeirləri səsləndirdilər.

Tədbiri direktor S. Abdullayeva, direktor müavini R. Əbilova və məktəbimizdə ədəbiyyat dərsini tədris edən T. Vəliyeva  izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi