Bakı Nəqliyyat Agentliyinin "Sevgi-Məsuliyyətdir" layihəsi

   Bakı Nəqliyyat Agentliyi “Sevgi məsuliyyətdir” devizi altında yeni sosial maarifləndirmə layihəsinə başlayıb. Məqsəd, yol hərəkəti iştirakçılarının yol hərəkəti təhlükəsizliyi, ictimai nəqliyyatda etik davranış qaydaları və digər bu kimi vacib məsələlərlə bağlı maarifləndirilməsini təşkil etməkdir.

  Bu layihə çərçivəsində həyata keçirilən tədbirlərdən biri də bizim məktəbimizdə  qeyd edildi. BNA-nin əməkdaşı Mais müəllimin təşkilatçılığı ilə həyata keçirilən tədbirdə piyada keçidinə diqqət etmək, avtomobillərin düzgün yerdə park edilməsi, sükan arxasında telefondan istifadə və s. bu kimi mesajlar iştirakçılara ötürüldü. Mövzuya dair videoçarxlar izlənildi. Şagirdləri həvəsləndirmək, mövzuya marağı artırmaq məqsədilə onlara maket hazırlamaq tapşırıldı. Hazırladıqları maketin müqabilində onlar xüsusi hədiyyələrlə mükafatlandırıldılar.

 Tədbiri direktor S. Abdullayeva, direktor müavini R. Əbilova və psixoloq R.Xidirova izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi