Disput

  Bu gün məktəbimizdə fizika dərsini tədris edən Piriyeva Xanım müəllimin təşkilatçılığı ilə disput keçirildi. Yeni ilin başlanması münasibətilə həyata keçirilən disputda 8-ci və və 10-cu sinif şagirdləri iştirak etdilər. “Təqvim nədir?”  mövzusuna həsr olunan disputda şagirdlər mövzuya dair müzakirələr apardılar. Yuli Qriqori və hicri- qəməri təqvimləri haqqında məlumat verdilər. daha sonra "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür"  mövzusunda videoçarx mümayiş etdirildi. Videoçarxın nümayişindən sonra disputu izləyən direktor A. Südabə müəllim təşkilatçıya, şagirdlərə öz təşəkkürünü bildirdi.bu kimi disputların şagirdlərə müsbət təsirindən danışdı. Direktor yekun olaraq çıxışında kollektivə öz təbriklərini ünvanladı. Yeni ildə bol-bol uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi