6 "B" və 6 "D" sinfində "Əməllər sırası"

  Məktəbin fəaliyyət planına əsasən “Riyaziyyat-biologiya” aylığı çərçivəsində dərslərimiz davam edir. Məktəbimizdə riyaziyyat dərsini tədris edən Əliyeva Xatirə müəllimin təşkilatçılığı ilə 6 ”B” sinfində keçirilən dərs və Nəbiyeva Nazəndə müəllimin təşkilatçılığı ilə 6 "D" sinfində keçirilən dərs  “Əməllər sırası” mövzusuna həsr olundu. Dərsdə qeyd olundu ki, mötərizəsiz ifadələrdə əvvəlcə qüvvətə yüksəltmə, sonra vurma və bölmə, daha sonra isə toplama və çıxma əməlləri yazıldığı ardıcıllıqla yerinə yetirilir. Mötərizəli ifadələrdə isə əvvəlcə mötərizənin daxilindəki əməllər yerinə yetirilir, sonra isə əməllər mötərizəsiz ifadələrdə olduğu qaydada davam etdirilir. Dərsin gedişatinda şagirdlər mövzuya dair misallar həll edərək biliklərini möhkəmləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi