Peşə məktəbinə ekskursiya

   Texniki peşə təhsili Azərbaycan Respublikasının təhsil sistemində aparıcı istiqamət təşkil edir. Buna görə də 279 №-li tam orta məktəbin şagirdlərinin tez-tez Bakıda yerləşən texniki peşə məktəblərinə ekskursiyası təşkil edilir.  Bu dəfə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət peşə məktəbinə 9-cu sinif şagirdləri ilə yollandıq. Texniki peşə təlimi və həmin sahənin ixtisasları ilə uşaqların tanışlığını, onların gələcəkdə doğru seçimini təmin etmək üçün  peşə tədris mərkəzinin pedaqoji heyəti ilə görüş təşkil olundu. Şagirdlər burada 22 ixtisasla - lift təmiri, telefon təmiri, mexanik, soyuducu qurğuların təmiri, elektrik, qaynaq, santexnik çilingər, dərzi, bərbər, mühasibat, kompüter operatoru və digər ixtisaslarla bağlı məlumatlarla tanış oldular. Mərkəzin müəllimləri və ustaları şagirdləri maraqlandıran çoxsaylı sualları böyük məmnuniyyətlə cavablandırdılar.

Ekskursiyaya 9-cu sinif rəhbərləri Tehran Yusifova və Rəfiqə Qasımova rəhbərlik edirdi.
    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi