Zəkası ilə fərqlənənlər

 28 dekabrda 20 nömrəli məktəb-liseydə Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə baş tutdu. Mükafatlandırma mərasimi Dövlət himninin səsləndirilməsi ilə başladıSonra olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarx nümayiş olundu, olimpiada haqqında qısa hesabat nəzərə çatdırıldı.

BŞTİ-nin müdiri Rəşad Tağıyev bilik yarışının qaliblərini təbrik edərək, olimpiadanın istedadlı məktəblilərin formalaşdırılmasındakı müstəsna rolundan danışdı. R.Tağıyev son illərdə təhsil sahəsində şagirdlərin bilik və bacarıqlarının inkişafı istiqamətində böyük işlər görüldüyünü bildirdi. O qeyd etd ki, məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək, məktəblilər arasında məntiqə olan marağı artırmaq istiqamətində müvafiq addımlar atılıb.

Məktəbimizin VI sinif şagirdi Həsənov Kənan  3-cü yerə layiq görüldüyü üçün diplom, medal və hədiyyə ilə mükafatlandırıldı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi