Mehdi Hüseynzadənin 100 illik yubileyi

   Məktəbimizin rus bölməsinin  9 "d" və 10 "d" sinflərində Mehdi Hüseynzadənin 100 illiyi ilə əlaqədar “Açıq dərs” keçirildi. Dərsin təşkilatçılığını rus dili və ədəbiyyat müəllimi Rəna Vahidova öz öhdəsinə götürmşdü. Şagirdlər M.Hüseynzadənin keçdiyi həyat və döyüş yolu haqqında topladıqları məlumatları təqdim etdilər. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə haqqında çəkilmiş “Uzaq sahillərdə” filmindən fraqmentlər izlənildi. Unudulmaz qəhrəmanın şərəfinə "Cənab leytenant" mahnısı şagirdlər tərəfindən ifa edildi. Dərsin gedişini izləyən direktor Südabə xanım Abdullayeva onun ayrı-ayrı mərhələləri haqqında əhəmiyyətli məsələlərə toxundu. O, ədəbiyyat dərslərində vətənpərvərlik mövzusunun tədrisinin zəruriliyi baxımından bugünkü dərsi yüksək qiymətləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi