Məktəbimizdə Mikayıl Müşfiq gecəsi

   Məktəbimizin akt zalında Mikayıl Müşfiqə həsr olunmuş gecə keçirildi. Azərbaycan dili və ədəbiyyat  müəllimi K. Rəhimli və X. Məmmədovanın təşkilatçılığı ilə həyata keçirilən tədbirdə unudulmaz şairin müxtəlif şeirləri səsləndirildi, həmin şeirlərə bəstələnmiş mahnılar oxundu. Şairin həyatının bəzi anları səhnələşdirilərək tamaşaçılara təqdim olundu. Çıxış edənlər M. Müşfiqin həyat və yaradıcılığı haqqında danışaraq yaddaşları təzələdilər. Tədbiri izləyən direktor Südabə xanım Abdullayeva belə gözəl bir təqdimat ərsəyə gətirdikləri üçün təşkilatçılara və şagirdlərə öz dərin minnətdarlığını bildirdi. Qeyd etdi ki, dahilərimizin xatirəsi hər zaman əziz tutulmalı və onların irsi gələcək nəsillərə çatdırılmalıdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi