Həmrəylik günü təşkilat saatlarında

   Məktəbimizdə “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” mövzusunda təşkilat saatları keçirildi. Təşkilat saatlarında Həmrəylik gününün tarixi haqqında məlumat verildi. Qeyd edildi ki, 1989-cu ilin sonunda Azərbaycanda ümumi demokratik hərəkatın genişləndiyi bir dövrdə SSR-nin dövlət sərhədi boyunca çəkilən çəpərləri söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanı yarandı. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı kimi dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Hazırda Rusiyada, Ukraynada, MDB-nin digər ölkələrində, Baltikyanı ərazilərdə, Avropada, Amerikada, Şərq ölkələrində güclü Azərbaycan diasporu yaradılmışdır. Həmin təşkilatlar Azərbaycanın gələcəyi naminə azərbaycanlıların birliyini, yekdilliyini möhkəmləndirməyə çalışırlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi