Məktəbimizdə balaca rəssamlarımızın sərgisi

  Məktəbimizində “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” ilə bağlı tədbirlərimiz davam edir. Bu dəfə balaca rəssamlarımız bu mövzuda əl işlərini təqdim etdilər. Belə ki, təsviri incəsənət fənnini tədris edən Ruhiyyə Şahmuradovanın təşkilatçılığı ilə 6 ”d” sinif şagirdləri məktəbimizin foyesində maraqlı bir sərgi təşkil etdilər. Sərgidə rəsm müəllimi Elxan Əliyevin rəhbərlik etdiyi rəsm dərnəyinin üzvlərinin çəkdiyi şəkillər də nümayiş etdirildi. Rəsm əsərlərində dünyaya səpələnmiş azərbaycanlılar, ölkəmizin keçmişi, bu günü, Qarabağ problemi, dünya azərbaycanlılarını bir ideya ətrafında birləşdirmək üçün müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyev haqqında mövzuların təsviri başlıca yer tuturdu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi