Oğuz-Səlcuq axınları

  Məktəbimizdə tarix fənnini tədris edən Nərmin müəllim “Oğuz-Səlcuq axınları” mövzusunda dərs keçdi.Dərs rus bölməsinin 7 “D” sinfində  oldu. Motivasiya mərhələsində “Ana yurdu” marşından fraqment səsləndirildi. Tədqiqat sualı “Səlcuqların Azərbaycana yürüşünün tarixi əhəmiyyəti” oldu. Ümumiləşdirmə və nəticədə qeyd olundu ki, Cənubi Qafqazı bütövlükdə xristianlığın dairəsinə salmaq planı baş tutmadı. Həmçinin əlavə edildi ki, Səlcuq axınları nəticəsində Azərbayacan  türk xalqının formalaşması başa çatdı. Sonda türk xalqlarının xəritəsi video olaraq izlənildi. Ev tapşırığı olaraq isə “Oğuzlar Azərbaycanda” mövzusunda esse yazmaq tapşırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi