Qan və qanla yoluxan xəstəliklər

  Məktəbimizin biologiya və kimya müəllimi Rəcəbova Təranə " Qan və qanla yoluxan xəstəliklər mövzusunda "Açıq dərs" keçirdi. Dərs  rus bölməsinin 8 "D" sinfində oldu. Motivasiya mərhələsində " İnsan həyatda nə ilə rastlaşır?" sualı qoyuldu. Daha sonra tədqiqat sualı ünvanlandı. " İnsan xəstəliklərə necə yoluxur?" Şagirdlər mövzunu müzakirə etdikdən sonra nəticə əldə edildi. Yoluxucu xəstəliklər mövzusunda divar qəzeti hazırlamaq isə şagirdlərin ev tapşırığı oldu.

  Dərsin 2-ci mərhələsi məktəbimizin foyesində keçirildi. Belə ki, şagirdlər əldə etdikləri məlumatları foyedəki  həmin mövzu üçün hazırlanmış divar kağızları üzərində tətbiq edərək geniş müzakirə etdilər.

  Dərsi direktor  S. Abdullayeva, direktor müavini R. Abıyeva, psixoloq R. Xidirova və məktəbimizin həkimi M. Ömərova izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi