"MİLLİ TƏHSİL FORUMU - 2018"

  22 dekabrda Odlar Yurdu Universitetində "Milli Təhsil Forumu - 2018" adlı tədbir keçirildi. Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev giriş sözü ilə çıxış etdi. Forumun seminarlarında çıxış edən spikerlər arasında  Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirov, Azərbaycan Respublikasının Əməkdar müəllimi Asif Cahangirov, Əməkdar elm xadimi, "Şöhrət" ordenli Şahlar Əsgərov, təhsil eksperti Nadir İsrafilov, akademik Fərrux Rüstəmov, İqtisad elmləri doktoru Əhməd Qəşəmoğlu və başqaları çıxış etdilər. Forumun iştirakçıları arasında məktəbimizin müəllimi, Əməkdar müəllim Ofeliya Musayeva da iştirak edirdi. Forumun gedişində, eləcə də fasilələr zamanı qızğın müzakirələrdə Azərbaycan təhsilinin ən aktual məsələlərinə toxunuldu. Seminarlararası qarşılıqlı fikir mübadiləsi, iştirakçıları maraqlandıran əhatəli suallar və cavablar forumun keçirilməsinin nə qədər vacib və aktual olduğunu təsdiq etdi. 

Forumda müvəffəqiyyətlə iştirak edənlərə, o cümlədən Ofeliya Musayevaya sertifikat təqdim olundu.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi