ADA universitetində seminar

    Bu gün məktəbimizin 10-cu sinif şagirdləri Ülviyyə müəllimin rəhbərliyi altında ADA universitetində oldular. Onlar universitetə I ixtisas qrupuna hazırlaşan abituriyentlər üçün təşkil edilmiş informatika və proqramlaşdırma üzrə seminarda iştirak etmək üçün dəvət edilmişdilər. İlk olaraq İnformasiya texnologiyaları fakültəsinin dekanı Araz Yusubov şagirdlərin ixtisas seçimi ilə bağlı meyillərini müəyyənləşdirmək üçün onlara suallar ünvanladı. Daha sonra o, ixtisas seçimində nələrə diqqət etməyin vacib olduğunu izah etdi. Görüşdə ADA Universitetinin müəllimi işləmiş, hal-hazırda Koreyanın KAİST Universitetinin PHD üzrə tələbəsi Rəşad Əliyevi çıxış etdi. Rəşad müəllim uğurları və ona aparan yollar haqqında danışdı. ADA universitetindəki görüş göstərdi ki, bu tanışlıq məktəblilərimizin düzgün ixtisas seçimində mühüm rol oynayacaqdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi