Mehdi Hüseynzadənin 100 illik yubileyi

  Mehdi Hüseyzadənin 100 illik yubileyi ilə bağlı məktəbimizin akt zalında 8-ci və 9-cu siniflərin iştirakı ilə qəhrəmana layiq bir tədbir keçirildi. Uşaq Birliyi Rəhbəri Afaq Səfərovanın və kitabxana müdiri Aygün Fətullayevanın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Mehdi Hüseynzadənin keçdiyi döyüş yolu işıqlandırıldı. Onun həm də istedadlı rəssam olduğu vurğulandı. Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı  apardığı mübarizəyə həsr olunmuş “Uzaq sahillərdə” filmi nümayiş etdirildi. Şagirdlərə məlum oldu ki, rejissoru Tofiq Tağızadə olan filmin ssenari müəllifləri İmran Qasımov və Həsən Seyidbəyli olmuşdur. Filmdə Mehdi Hüseynzadə rolunu oynayan Nodar Şaşıqoğlunun bu rola görə böyük şöhrət  qazanması, bəstəkar Qara Qarayevin isə filmin müsiqisinə görə iki mükafata layiq görülməsi faktı şagirdlərin geniş marağına səbəb oldu. Şagirdlər filmi izlədikdən sonra təəssüratlarını bölüşdülər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi