Ekspo mərkəzdə sərgi

  19 dekabrda məktəbimizin rus dili müəllimi İpək Abdullayeva və direktor müavini Qızbəs Qasımovanın təşkilatçılığı və rəhbərliyi ilə daha bir ekskursiya təşkil edildi. Ekskursiyada 10-cu sinif şagirdləri iştirak etdilər. Bakı Ekspo Mərkəzində dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərginin açılışı dekabrın 14-də olmuşdur. Sərgidə Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət Mükafatı laureatı, dünya şöhrətli rəssam Tahir Salahovun məşhur əsərləri nümayiş etdirilir. Onuncular Ekspo mərkəzdə təşkil olunmuş Tahir Salahovun əsərlərindən ibarət sərgiyə böyük həvəslə baxdılar.  Sərgi dekabrın 24-dək davam edəcəkdir. Digər şagirdlərimizin də Ekspo Mərkəzində təşkil edilmiş sərgiyə ekskursiyası nəzərdə tutulur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi