Rus bölməsində "Açıq dərs"

  Məktəbimizdə rus dili və ədəbiyyatı fənnini tədris edən Raisa Varapayeva və kitabxanaçı Aygün Fətullayeva gözəl və maraqlı “Açıq dərs” nümayiş etdirdilər.  Rus bölməsinin 6 "E" sinfində keçirilən "Açıq dərs"  İ.A.Krılovun həyat və yaradıcılığına həsr olunmuşdu. Yazıçının “Kvartet” və “Qarğa və tülkü“ əsərləri şagirdlər tərəfindən səhnələşdirilmişdi. “Açıq dərs”də məktəbimizin direktoru Südabə Abdullayeva, direktor müavini Təranə Hadıyeva, psixoloq Raida Xidirova iştirak edirdilər. Dərs sanki gözəl bir tamaşanı xatırladırdı. Şagirdlər məşhur yazıçının əsərlərinin tərbiyəvi əhəmiyyətini dəyərləndirə bildilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi