"Səni kim unudar"

     Bu gün məktəbimizin kitabxanasında XX əsr Azərbaycan poeziyasının ən parlaq nümayəndələrindən biri olan Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş “Səni kim unudar” adlı tədbir keçirildi. Tədbir Prezident İlham Əliyevin imzaladığı “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncama əsasən təşkil edilmişdi. Kitabxana müdiri Aygün Fətullayevanın təşkilatçılığı ilə keçirilən tədbirdə şairin cəmi 29 illik ömründə yaratdığı əvəzsiz yaradıcılıq irsinə işıq salındı.

  Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülanə Ağayeva bildirdi ki, 29 yaşında repressiya qurbanı olan görkəmli şairi cəmi 15-20 dəqiqə çəkən məhkəmənin hökmü ilə qətlə yetirdilər. Lakin həyat eşqi coşub-çağlayan şairin ruhunu öldürə bilmədilər. Unudulmaz şair Azərbaycan xalqının yaddaşında əbədi qaldı, qiymətli bir ədəbi irs qoyub getdi. Müşfiq bu gün ülvilik, gözəllik, nakamlıq və faciəviliyin simvoludur. 

Tədbirin sonunda 5-ci sinif şagirdləri şairin şeirlərini səsləndirdilər, onun şeirlərinə bəstələnmiş mahnıları oxudular.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi