Şirvanşahlar sarayına ekskursiya

   Bu dəfə məktəbimizin 3-cü siniflərinin ekskursiyasına ibtidai sinif müəllimləri Südabə Mahmudova, Tahirə Babayeva, Mahiyət Sultanova rəhbərlik etdilər. Ekskursiyaçılar qədim tarixi memarlıq abidələrindən biri kimi məşhur olan Şirvanşahlar sarayında oldular. Qədim xalçalar, zinət əşyaları, minarə, ərzağın saxlanılması üçün yerin altında hazırlanmış otaq, Şirvanşahlar sarayının maketi şagirdlərin yeni və bir-birindən maraqlı məlumatlar əldə etməsinə imkan yaratdı. Ekskursiya gedişində şagirdlər Türkiyəyə aid sərgini gəzdilər və 3D görüntülü eksponatlarla tanış oldular.İnanırıq ki, 9 otaqdan ibarət olan Şirvanşahlar sarayına ekskursiya şagirdlərin yaddaşında dərin iz qoyacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi