Məktəblilərimiz dərsdənkənar vaxtda

  Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülanə Ağayeva və riyaziyyat müəllimi Səbinə Mehdiyeva tərəfindən məktəblilərin ekskursiyası təşkil edildi. Ekskursiyaya 5 ”A” və 5 "E" sinfinin şagirdləri cəlb olundu. Uşaqlar əvvəlcə Atəşgaha getdilər. Orada qədim insanlara, onların həyat tərzinə aid  maketlərlə və eksponatlarla tanış oldular. Ekskursiya daha sonra Səttar Bəhlulzadənin ev muzeyində davam etdirildi. Dahi rəssamın şəxsi əşyaları: fırçalar, rəsm albomu, hər gün qeydlər apardığı gündəlik şagirdlərin böyük marağına səbəb oldu. Səttar Bəhlulzadənin və Tofiq Bayramın qəbri ziyarət edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi