Prezidentimizin quruculuq işləri

  Məktəbimizdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin quruculuq işləri ilə bağlı "Dəyirmi masa" keçirildi. "Dəyirmi masa"nı məktəbin Azərbaycan dili və ədəbiyatı müəllimi Tamella Vəliyeva açdı. Tamella müəllim İlham Əliyevin həyat və fəaliyyəti haqqında şagirdlərə maraqlı məlumatlar verdi. O, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin Azərbaycanın inkişafına xüsusi diqqət göstərməsi, dövlətçiliyi möhkəmləndirməsi, quruculuq işlərini getdikcə genişləndirməsi, xarici siyasətdə qazandığı uğurlar haqqında danışdı. Yeni parkların, istirahət zonalarının yaradılması, gündən-günə gözəlləşən ölkəmizin inkişafı yolunda Prezidentimizin gördüyü işləri şagirdlərimizin diqqdətinə çatdırdı.

"Dəyirmi masa"da müəllimin köməyi ilə şagirdlərin hazırladıqları slayd nümayiş etdirildi. Uşaqlar mövzu ətrafında müzakirədə müstəqil yanaşmaları və özünəməxsus fikirləri ilə fərqləndilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi