Məntiq yarışı və rəsm sərgisi

  Bu gün məktəbimizdə şagirdlərin Fövqaladə Hallar Nazirliyinin  yaranmasının 13 illiyinə həsr edilmiş məntiq yarışı və rəsm əsərlərinin sərgisi keçirildi.  Məktəbin direktoru Südabə Abdullayeva, Suraxanı rayonu üzrə Fövqaladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi mayor Toğrul Vəliyev, direktor müavini  Rəna  Əbilova, psixoloq Raida Xidirova,  riyaziyyat müəllimi  Mirvari Məmmədova, ibtidai sinif müəllimi Səbinə Axundlu  münsiflər heyətində əyləşmişdilər. Əvvəlcə ibtidai sinif şagirdləri müxtəlif qruplara bölündülər. Qruplar  riyazi fiqurların adı ilə adlandırılmışdı. “Trapesiya”, "Düzbucaqlı", “Romb”, “ Kvadrat” və “Üçbucaq”  qrupları  fəal yarış nümayiş etdirdilər. Yarışın mərhələləri arasında şagirdlərimiz  gözəl rəqslərlə çıxış etdilər. Onlar üzərində Azərbaycan bayrağı əks olunmuş xüsusi geyimdə “Bayraq rəqsi” oynadılar. Müxtəlif şeirlər səsləndirildi. Yarışın sonunda  Südabə xanım Abdullayeva təşkilatçılara və iştirakçılara öz minnətdarlığını bildirdi. Mayor Toğrul Vəliyev  I yerin qalibi “Kvadrat”,  II yerin qalibi  “Üçbucaq” və III yerin qalibi “Düzbucaqlı” qruplarına  müxtəlif hədiyyələr təqdim etdi. Yer qazana bilməyən qruplara isə həvəsləndirici  mükafatlar verildi.    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi