"Kimyəvi reaksiyaların təsnifatı" mövzusunda dərs

    14 dekabrda məktəbimizin  kimya müəllimi Təranə Rəcəbovanın 8 ”D” sinfində keçdiyi dərs “Kimyəvi reaksiyaların təsnifatı”  adlanırdı. Müəllim ilk mərhələdə ”Kimyəvi birləşmələr necə yaranır?” sualı ilə şagirdlərə müraciət etdi. Kiçik müzakirədən sonra o, “Kimyəvi reaksiyalar hansı şəraitdə gedir?” sualını şagirdlərə ünvanladı. Qrup işi formasında təşkil olunan dərsdə əldə edilən nəticələr lövhədə yazıldı. Başlıca nəticələr müəllimin köməyi ilə ümumiləşdirildi. Qrupların nəticələri qiymətləndirildikdən sonra uşaqlara  ev şəraitində kimyəvi reaksiya aparmaq  tapşırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi