Geologiya müzeyinə ekskursiya

  Respublikamızı canlı muzey adlandıranlar çoxdur. Ölkəmizdə milli-mənəvi sərvətləri özündə birləşdirən muzeylər də az deyil. Uşaqlarda ekoloji mədəniyyətin formalaşdırılması üçün onların belə yerlərə ekskursiyalara aparılması vacibdir. Ekskursiyalar uşaqların dünyagörüşünün formalaşmasına, elmi biliklərin zənginləşməsinə yaxşı təsir edir. Məktəbin, müəllimlərin başlıca vəzifələrindən biri uşaqlarda doğma yurda, onun təbiətinə məhəbbət tərbiyə etməkdən ibarətdir.  Məhz bu məqsədlə məktəbimizdə maraqlı bir ekskursiya təşkil olundu.  Müəllimlərdən Ülviyyə Süleymanova və Fidan  Axundova 6-ci sinif şagirdlərini Geologiya müzeyinə ekskursiyaya apardı. Şagirdlər orada suxurlar, onların öyrənilməsi və qorunması,  Azərbaycanın təbii-coğrafi xüsusiyyətləri haqqında yeni, maraqlı məlumatlar  əldə etdilər. Qırmızı kitab, milli atlas uşaqların böyük marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi