11-ci sinif şagirdlərinin valideynləri ilə görüş

    13 dekabrda məktəbin akt zalında 11-ci siniflərin valideynləri ilə görüş keçirildi. Görüşdə valideynlərlə yanaşı, məktəb rəhbərliyi və həmin siniflərdə dərs deyən fənn müəllimləri  də iştirak edirdilər. Görüşün əsas mövzusu şagirdlərin dərsə davamiyyəti məsələsi idi. Həmçinin  uşaqların dərslərə hazırlığı, təlim nailiyyətlərinin səviyyəsi də ətraflı müzakirə edildi. Valideynlərlə  geniş fikir mübadiləsi  göstərdi ki, yalnız məktəb-valideyn əlaqəsi, problemlərə həssas yanaşma uşaqların qarşıdakı buraxılış və qəbul imtahanları gedişində onların  stressdən qorunmasını və sağlamlığını təmin edə bilər. Məktəbin direktoru Südabə Abdullayeva  valideynlərlə görüşdə bir daha bildirdi ki, 11-cilərin səmərəli və yüksək təlim nəticələri əldə etmələri istiqamətində görüləcək işlər pedaqoji heyətinin qarşısında duran başlıca vəzifədir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi