8 "c" sinfində biologiya dərsi

  Bu gün 8 ”c” sinfində Aytən müəllim biologiya fənni üzrə nümunəvi dərs keçdi. Dərsin mövzusu “Zərərli vərdişlərdən qorunmaq” idi.  Əvvəlcə  suallar vasitəsi ilə zərərlı vərdişlər müəyyən edildi və sadalandı. Dərs qrup və kollektiv iş formasında keçirildi. Daha sonra şagirdlərə tədqiqat sualı ünvanlandı: “Zərərli vərdişlərdən necə qorunmaq olar?”.  Qruplara iş vərəqləri verildi. Qruplar tədqiqat sualını karusel üsulu yolu ilə cavablandırdılar. Zərərli vərdişlərin insan orqanizminə, onun xarici görünüşünə, sağlamlığına mənfi təsir göstərməsi müəyyənləşdirildi. Xərçəng, serroz, insult və başqa digər xəstəliklərin məhz bu vərdişlərin təsirindən yarandığı aydınlaşdırıldı. Zərərli vərdişlər və onun ağır nəticələri haqqında video materiala baxan şagirdlər ondan qorunma üsullarına aid kiçik hekayə yazdılar. Nəticələr qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi