3 "a" sinfində musiqi dərsi

  Məktəbimizin musiqi müəllimi İradə Bayramovanın 3 “a” sinfində dərsi olduqca maraqlı keçdi. Dərs “Mahnı və Rondo” mövzusuna həsr olunmuşdu. İradə müəllim əvvəlcə Bethoven haqqında məlumat verdi. Onun əsərlərində Rondo formasının olması qeyd edildi. Rondonun mahnı ilə əlaqəsi müəyyən edildi. Şagirdlər yönəldici sualların köməyi ilə Rondonun 17-ci əsrdən etibarən tipik olaraq inkişaf etdirilən instrumental musiqi forması olmasını müəyyən etdilər. Azərbaycan mahnı və rəqslərində də Rondo formasından geniş istifadə edilir. Bu fakt ayrı-ayrı musiqi parçaları səsləndirməklə şagirdlərin nəzərinə çatdırıldı. Şagirdlər ”Yallı” və “Köçəri“ rəqslərinin timsalında bunu əyani şəkildə gördülər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi