Dekabrın 10-u Beynəlxalq İnsan Haqları günüdür

  Bu gün məktəbimizdə “ İnsan haqları” mövzusunda “Dəyirmi masa” keçirildi. “Dəyirmi masa”da direktor müavinləri Təranə Hadıyeva, Qızbəs Qasımova, Rəna Əbilova, psixoloq Raida Xidirova, Azərbaycan dili və ədəbiyat müəllimi Tamella Vəliyeva və digər müəllimlər iştirak etdilər. ”Dəyirmi masa”nı giriş sözü ilə Tamella müəllim açdı. Qeyd olundu ki, XX əsrdə insan hüquqları sahəsində əsas sənəd 10 dekabr 1948-ci ildə BMT təşkilatı tərəfindən qəbul olunmuş "İnsan hüquqları haqqında ümumi deklarasiya" olmuşdur.1950-ci ildən başlayaraq həmin gün Beynəlxalq İnsan hüquqları, Azərbaycan Respublikasında isə 2007-ci ildən Prezident İlham Əliyevin fərmanı ilə iyunun 18-i Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirir. Şagirdlər insan hüquqları haqqında müəllimlərin verdiyi sualları cavablandırdılar. Eləcə də şagirdləri maraqlandıran suallara aydınlıq gətirildi. İnsan haqlarına həsr edilmiş video-çarx nümayiş etdirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi