"Beynəlxalq Mülki Aviasiya günü"

    7 dekabrda məktəbimizdə “Beynəlxalq Mülki Aviasiya günü” ilə bağlı tədbir keçirildi. Tədbirdə məktəbimizin hərbi hazırlıq müəllimi Habil Qarayev mövzuya dair fikirlərini şagirdlərlə bölüşərək onları məlumatlandırdı. Habil müəllim AXC dövründə aviasiya sahəsində görülən  işlər, Azərbaycanda ilk mülki hava reysinin 1921-ci ildə həyata keçirilməsi,  Azərbaycan mülki aviasiyasında ilk dəfə 1923-cü ildə sərnişin daşınmalarının həyata keçirilməsi, ölkəmizdə ilk hava limanının 1933-cü ildə Binə qəsəbəsi yaxınlığında istifadəyə verilməsi haqqında maraqlı məlumatlar verdi. O, 1970-ci illərdə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə respublikada mülki aviasiyanın inkişafı üçün görülən böyük işlər haqqında danışdı. Bildirdi ki, 1999-cu ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Bakı Beynəlxalq Hava Limanı istifadəyə verildi və Azərbaycan Hava Yolları Konserni dünya miqyasında qəbul edildi, özünün yeni inkişaf mərhələsinə daxil oldu. Daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə mülki aviasiyanın infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilmiş ciddi layihələri əks etdirən video-çarx nümayiş etdirildi. Şagirdlərin mülki aviasiya tarixi ilə bağlı sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi