Qəlblərdə daim yaşayacaq insan

  Məktəbimizin akt zalında keçirilən bugünkü tədbir xalqımızın canlı əfsanəsinə çevrilmiş,  ölkəmizi zamanın ağır sınaqlarından üzüağ çıxarmış, zəmanəmizin bir çox görkəmli dövlət xadimləri tərəfindən "siyasət nəhəngi" adlandırılmış ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuşdur. Tədbirin hazırlanmasında təşkilatçılığı başlıca olaraq  Kəmalə, Lətafət və Xəyalə müəllim etmişdi. Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı təqdimatlarda 7-ci sinif şagirdləri öz fəalliğı ilə fərqləndilər. Tədbir Azərbaycan himni ilə başlandı. Aparıcilar Heydər Əliyevin şərəfli ömür yolu, yorulmaz dövlətçilik fəaliyyəti haqqında məlumat verdilər. Şagirdlər ümummilli liderə həsr olunmuş şeirlər və mahnılar səsləndirdilər. Şagirdlərin özləri tərəfindən  hazırlanmış video-çarxlar nümayiş etdirildi. Uşaqlar Heydər Əliyevin irsinə daim sadiq qalacaqlarına, onun işini davam etdirəcəklərinə and  içdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi