"Qan xəstəlikləri və qanla yoluxan xəstəliklər" mövzusunda nümunəvi dərs

  Son vaxtlar məktəbimizdə keçirilən nümunəvi və açıq dərslərin sayı çoxalmışdır. Belə dərslərin təşkil edilməsi müəllimi axtarışlara, yaradıcılığa və yeniliklərə istiqamətləndirir. Bu gün 8 “a” sinfində biologiya müəllimi Svetlana Zamanovanın keçdiyi “Qan xəstəlikləri və qanla yoluxan xəstəliklər” mövzusunda nümunəvi dərs də məhz həmin axtarışların nəticəsi idi. Dərsin ilk mərhələsində müəllimin verdiyi suallar vasitəsilə insanların yoluxduğu xəstəliklər və onların səbəbləri haqqında kiçik müzakirə təşkil edildi. Daha sonra şagirdlərin diqqəti “Qan xəstəlikləri və qanla yoluxan xəstəliklərdən necə qorunmaq olar?" sualına cavab tapmaga yönəldildi. Şagirdlər qoyulmuş tapşırıqları yerinə yetirmək üçün mənbələr üzərində işi davam etdirdilər. Qan xəstəlikləri və qanla yoluxan xəstəliklərin əlamətləri, ona yoluxma yolları, onlardan qorunmanın üsulları tədqiqatın gedişində müəyyən edildi. Nəticələr təqdim edildikdən sonra ümumiləşdirmə və qiymətləndirmə aparıldı. Dərs məktəbin rəhbərliyi və fənn müəllimləri tərəfindən müsbət qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi