Təsviri incəsənət və texnologiyanın inteqrasiyası və şagird şəxsiyyəti

  Məlumdur ki, müasir təlim prosesində son məqsəd şagirdlərə təkcə bilik vermək deyildir. Əsas məqsəd onları hərtərəfli şəxsiyyət kimi formalaşdırmaqdır. Texnologiya fənni şagirdlərin həyati bacarıqlarının inkişafına, təsviri incəsənət fənni isə onların təbiət hadisələrini özünəməxsus şəkildə dərk etməsinə təsir edir. Bu fənlərin inteqrasiyası uşaqların görmə, müşahidə və tətbiqi bacarıqlarının, şəxsi keyfiyyətlərinin inkişafına birbaşa kömək edir. Bu gün məktəbimizin 2"C" sinif şagirdləri öz  texnoloji və praktik bacarıqlarını nümayiş etdirdilər. Onlar balaca quş yuvaları hazırlayıb ağaclardan asdılar. Məqsəd soyuq qış aylarında canlı təbiətin bir hissəsi olan quşlara qayğı göstərmək, onları soyuqdan qorumaq idi. Beləliklə, bu gün şagirdlərdə müsbət şəxsi keyfiyyətlərin formalaşdırılması istiqamətində təlim məqsədi yerinə yetirildi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi