ÜMÜMDÜNYA İRS ŞƏHƏRİNDƏ BİR GÜN

   1 dekabrda məktəbimizin 10 və 11-ci sinif şagirdlərindən ibarət qrup İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində çəkilişdə oldu. Məqsədimiz “Ümumdünya İrs şəhərində bir gün” adlı beynəlxalq video-çarx müsabiqəsində iştirak etmək idi. Müsabiqənin şərtlərinə əsasən beş dəqiqəlik  video-çarx aşağıdakı meyarlar əsasında qiymətləndiriləcəkdir:

  1. 20% çəkiliş keyfiyyəti
  2. 40% video-çarxın əhatə etdiyi məzmun dolğunluğu
  3. 40% yaradıcılıq

  Şagirdlərimiz İçərişəhərdə yaddaqalan bir gün yaşadılar. Hazırlanmış video-çarx ingilis diində səsləndirildi. Müsabiqəyə 8-ci sinif şagirdi Şərifli İbrahim, 10-cu sinif şagirdlərindən Fərəh, İlhamiyə, Elçin, 11-ci sinif şagirdlərindən Coşqun və Nərgiz  qoşulmuşdular. Coşqun Qız Qalasının tarixi, Fərəh və İlhamiyə Şirvanşahlar dövləti, İbrahim İçərişəhər məscidi, Elçin isə İçərişəhərin dar küçələri, milli mətbəximizin gözəl nümunələri haqqında məlumat verdi.Video-çarxı ecazkar Azərbaycan musiqisi  müşayiət etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi