"Pətək" İctimai Birliyinin təqdimatı

   Bu gün məktəbimizdə Təhsil Nazirliyinin dəstəyi ilə “Pətək ictimai birliyi”nin “Dəyərlərimiz – sərvətlərimiz, gələcəyimizdir” layihəsi çərçivəsində görüş keçirildi.

Görüşdə direktor Südabə Abdullayeva, direktor müavinləri Təranə Hadıyeva, Rəna Əbilova, Qızbəs Qasımova, eləcə də “Pətək” İB-nin rəhbərliyi iştirak etdilər. Layihə çərçivəsində İB-nin təqdimatı şagirdlər tərəfindən xüsusi maraqla qarşılandı. Layihənin ümumtəhsil məktəblərində keçirilməsində məqsəd maarifləndirmə işinin təşkili, düzgün davranış qaydalarının təbliği, uşaqların hərtərəfli inkişaf etmiş, milli-mənəvi dəyərlərə malik faydalı şəxsiyyət kimi yetişməsində məktəblərə, valideynlərə və cəmiyyətə dəstək olmaqdır.

Şagirdlər mövzu ətrafında suallara həvəslə cavab verirdilər.

Şagirdlərə müxtəlif nominasiyalar üzrə müsabiqələrə qatılmaq üçün şərtlər elan edildi. Layihə rəhbərləri milli-mənəvi dəyərlərin qorunmasında onlara dəstək olduqları üçün məktəb rəhbərliyinə təşəkkür etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi