"İnküliziv təhsil" mövzusunda dəyirmi masa

  Bu gün məktəbimizdə Əməkdar müəllim Ofeliya Musayevanın hazırladığı və pedaqoji heyətin cəlb olunduğu “İnklüziv təhsil” mövzusunda dəyirmi masa təşkil edildi. “Dəyirmi masa”da ilk sözü direktor Südabə Abdullayeva açdı.

  O.Musayeva “Beynəlxalq əlilliyi olan şəxslər günü” haqqında geniş məlumat verdi. O qeyd etdi ki, hələ ötən əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyevin böyük diqqət və qayğısı nəticəsində əlilliyi olan şəxslərin istedad və bacarıqlarının dəstəklənməsi üçün tədbirlərə başlanılmışdı. Azərbaycan dövləti bu məsələyə həmişə həssaslıqla yanaşmışdır.

O.Musayeva fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, uşaqların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb olunmasının vacib olduğunu vurğuladı. Belə olduqda sağlamlıq imkanları məhdud olan uşaqlar və həmyaşıdları arasında dərs prosesində qarşılıqlı anlaşma və hörmət hissi inkişaf edir. Məsələnin əhəmiyyətini nəzərə alaraq ölkəmizdə 2015 - 2016-cı illərdə “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin tətbiqinə başlanmışdır. Eyni zamanda sağlamlıq imkanları məhdud olan uşaqların fasiləsiz təhsil imkanının təmin edilməsi məqsədilə 2018 – 2024-cü illəri əhatə edən Dövlət Proqramı qəbul edilmişdir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti həmin proqramın həyata keçirilməsində böyük əhəmiyyət daşıyır.

“İnklüziv təhsil” mövzusu ətrafında şıxış edən müəllimlər öz fikirlərini və təkliflərini bildirərək müzakirənin gedişində fəal iştirak etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi