Anım günü ilə bağlı ziyarət

  Bu gün məktəbimizin şagirdləri və bir qrup müəllimi Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişlər.

Heydər Əliyev ağlı, gücü, siyasi iradəsi, cəsarəti və müdrikliyi ilə xalqımıznın həyatında silinməz izlər qoymuşdur. Onun adı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi Vətənimizin tarixinə qızıl hərflərlə yazılmışdır. Ümummilli lider tərəfindən həyata keçirilmiş nəhəng iqtisadi layihələr ölkəmizi iflas olmaqdan xilas etmiş, onu dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirmişdir.

Ulu öndərin əziz xatirəsini yad etmək üçün Heydər Əliyevin məzarını ziyarət edən şagirdlər onun qəbri üzərinə tər qızılgüllər qoydular, hazırladıqları şeir parçalarını səsləndirdilər.

Ziyarət zamanı Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi