"Aylıqlar" çərçivəsində disput

Bu gün məktəbin fəaliyyət planına əsasən “Fizika-kimya aylığı” çərçivəsində 8 “a” sinfində fizika dərsinə həsr olunmuş disput keçirildi. Fizika müəllimi Xanım Piriyevanın təşklatçılığı ilə keçirilən disputun gedişini direktor Südabə Abdullayeva, direktor müavinləri  Qızbəs  Qasımova, Rəna Əbilova, psixoloq Raida Xidirova və fənn müəllimləri izləyirdilər. Disput “Kosmonavtika” mövzusuna həsr olunmuşdu. Şagirdlər mövzu ətrafında hərtərəfli bilik nümayiş etdirdilər. Nümayiş etdirilən slaydlar və video görüntülər əsasında  qoyulan müzakirə suallarına şagirdlərin cavabları diqqəti daha çox çəkdi. Müasir dərsə verilən  tələblərə cavab verən və sərbəst düşüncə tələb edən açıq suallar vasitəsilə  şagirdlərin zəruri bacarıqları üzə şıxarıldı. Disputun sonunda Südabə Abdullayeva müəllimə və şagirdlərə öz təşəkkürünü bildirdi, təklif və iradlarını qeyd etdi, onlara daha böyük təlim nailiyyətləri arzuladı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi