"Yol hərəkəti qaydalarını birlikdə öyrənək"

 

   30 noyabrda məktəbimizin akt zalı yenə möhtəşəm bir tədbirə şahidlik etdi. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşları Fəridə Süleymanova, Sevda Əsgərova, Tahirə Həsənova, direktor Südabə Abdullayeva, DİN Baş Dövlət Yol Polis İdarəsinin  (BŞDYP) bölmə rəisi, polkovnik Vaqif Əsədov iştirak etdi. Tədbirin keçirilməsində məqsəd şagirdləri maarifləndirmək, onların təhlükəsiz davranış və yol hərəkəti qaydaları barədə bilik səviyyəsini, ona əməl etmək bacarıqlarını nümayiş etdirmək idi. V.Əsədov şagirdlərə yolda, ictimai nəqliyyatda təhlükəsizlik qaydaları, davranış mədəniyyəti, icazə verilən maksimum hərəkət sürəti, nəzərdə tutulan cərimələr, nizamlayıcının göstərişləri, yol nişanları haqqında məlumat verdi. Müzakirə şəraitində keçən tədbirdə V.Əsədov əsas diqqəti təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına yönəldərək, şagirdlərə yol hərəkəti qaydalarına əməl etməyi tövsiyə etdi. O həmin qaydaları uşaq yaşlarından öyrənməyin və buna əməl olunmasının vacibliyini xüsusi vurğuladı. V.Əsədov yol nişanlarının yeddi qrupa bölündüyünü, onların məzmununu izah etdi. Ekranda yol hərəkəti qaydaları, qayda pozuntuları  haqqında video-çarx nümayiş etdirildi. Şagirdlərin öyrəndiklərini yoxlamaq və möhkəmləndirmək məqsədilə sual-cavab aparıldı. Sərbəst düşüncə tərzi, məlumatlılığı və dolğun cavabları ilə fərqlənənlərə hədiyyələr verildi, yol hərəkəti qaydalarını daha yaxşı qavramağa kömək edəcək yardımçı tədris vəsaitləri təqdim edildi. Şagirdlər öz hazırcavablılıqları ilə yol polisi əməkdaşlarını, tədbirdə iştirak edən valideynləri və müəllimləri heyrətləndirdilər. Polis əməkdaşları adından fərqlənən şagirdlərin müəllimlərinə təşəkkür elan edildi. Tədbir alqışlarla başa çatdı. Həmin gün tədbirin videogörütüləri Lider televiziyası tərəfindən "Səda" İnformasiya proqramı vasitəsilə işıqlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi